AZAL-dan maaş açıqlaması: Yalandır

AZAL-dan maaş açıqlaması: Yalandır
  25 Noyabr 2014    Oxunub:2559
“Bu məlumatın heç bir əsası yoxdur. İki ay maaş gecikdirilməyib”
Bunu AzVision.az-a açıqlamasında “AZAL”ın xidmət rəisi Məhərrəm
Səfərli mətbuatda maaşların gecikdirilməsi ilə bağlı yayılan məlumatlara
münasibətində deyib. Onun sözlərinə görə, maaşlar hissə ilə verilir:

“İki-üç gün gecikmə olur, amma maaşlar vaxtaşırı verilir. İki ay verilməməsi yalandır. Əvvəllər belə hal olmayıb. Sadəcə bəzi çətinliklər olanda belə problem yaranır”.

Xatırladaq ki, mətbuatda yer alan məlumata görə, AZAL-ın “Azəraeronaviqasiya” və Mühafizə Xidməti əməkdaşları iki aya yaxındır ki, məvacib ala bilmirlər.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti