`Həkimin günahı yoxdur` - İsmayıllının baş həkimi

`Həkimin günahı yoxdur` - İsmayıllının baş həkimi
  25 Noyabr 2014    Oxunub:2879
İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov ötən gün xəstəxanada baş verən ana ölümü ilə bağlı açıqlama verib.
O, AzVision.az-a açıqlamasında hadisədə həkim səhlənkarlığının olmadığını bildirib.

“Səhiyyə Nazirliyi bu hadisədən artıq xəbərdardır. Bütün sənədlər nazirliyə və prokurorluğa aparılıb. Ana həkim səhlənkarlığına görə ölməyib. Sadəcə olaraq aslajneniya olub və ana ölümü hadisəsi qəydə alınıb. Həkimin heç bir günahı yoxdur”.

Qeyd edək ki, ötən gün axşam saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı və körpəsi doğuş zamanı dünyasını dəyişib. A.Ağayevanın yaxınları onun ölümündə doğuşu aparan həkimi günahlandırır.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti