Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 25-26 noyabr tarixlərində Sessiya çərçivəsində yüksək vəzifəli şəxslərin görüşü keçirilib, iclaslar zamanı İslam dövlətləri arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub, COMCEC-in maliyyə dəstəyi ilə Nazirlik tərəfindən həyata keçirilən "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji-turizm layihəsinin təqdimatı keçirilmiş, müvafiq sənəd layihələri hazırlanıb.
27 noyabr tarixində COMCECƏ-ə üzv olan ölkələrinin nazirlərinin iclası öz işinə başlayıb. Türkiyə Respublikasının dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirlən və 54 üzv ölkədən 350-dən çox iştirakçının qatıldığı tədbirdə Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə dövlət və özəl sektor nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edir. Toplantı davam edir.