`Səfər Əbiyev mənimlə görüşdən qaçırdı...` - Komitə sədri

`Səfər Əbiyev mənimlə görüşdən qaçırdı...` - Komitə sədri
  27 Noyabr 2014    Oxunub:2049
`Dəfələrlə Səfər Əbiyevə görüşmək üçün müraciət etmişəm. Amma o məndən qaçırdı`.
Bunu AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

“Səfər Əbiyev mənimlə görüşdən həmişə qaçıb. Dəfələrlə Səfər Əbiyevə görüşlə bağlı müraciət etmişəm. Heç vaxt Səfər Əbiyevlə görüşümüz olmayıb. Zakir Həsənovla isə çox tez-tez görüşürük. Onunla telefon əlaqəsi də saxlayırıq. Səfər Əbiyev isə nazir olan vaxtlarında mənimlə heç vaxt görüşməyib. Zakir Həsənov təmiz insandır, əsl hərbçidir, hərbçi ailəsində də anadan olub”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti