`Sürüşməni özümüz yaradırıq` - Baş nazirin müavini

`Sürüşməni özümüz yaradırıq` - Baş nazirin müavini
  28 Noyabr 2014    Oxunub:1383
“Bizim insanlarımız və ayrı-ayrı qurumlarımız bilməlidir ki, sürüşmə zonasında ev tikmək olmaz. Tiksən, sürüşmənin qarşısını almaq üçün görülən tədbirlər o evin özündən baha başa gələcək”.
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov son günlər baş verən torpaq sürüşmələrindən danışarkən deyib. O vurğulayıb ki, hər şeyi sürüşdürmə adlandırmaq olmaz:

“Bir məsəl var ki, ağacda oturub budağını kəsirsən, sonra deyirsən ki, yıxıldım. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə birgə Abşeronda sürüşmə yerləri koordinasiyası hazırlanıb. Yəqin yaxınlarda belə sərəncam çıxacaq ki, sürüşmə yerlərində heç kimə torpaq verilməsin, yaxud da xüsusi razılıqla verilsin. Məsələn, Ağsu aşırımı heç vaxt sürüşmə zonası olmayıb. İndi az qala bütün aşırım sürüşmə zonasına çevrilib, çünki orada ayrı-ayrı obyektlər tikilir, amma sürüşməyə qarşı heç bir tədbir görülmür. Sürüşməni əksər hallarda bilmədən, başa düşmədən özümüz yaradırıq. Aiddiyyatı qurumlar və vətəndaşlarımız bunu başa düşməlidir. Bunun üçün mühəndiss olmaq lazım deyil, dağın ətəyini kəsirsən və torpağın da davaçı gəlir, onda da torpaq sürüşür”.

Nazir müavini vurğulayıb ki, sellərin qarşısını almaq üçün də tədbirlər görülüb: “Hər il sel gələndə minlərlə hektar taxıl sahəsi, evlər selin altında qalardı. Amma indi elə hallar yoxdur, çünki son 10 il ərzində selə qarşı güclü tədbirlər görülüb”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti