`Emin Milli özünə qeyri-milli deməlidir`

`Emin Milli özünə qeyri-milli deməlidir`
  28 Noyabr 2014    Oxunub:1386
“Kənar qüvvələr Azərbaycanda gedən inkişafı qəbul edə bilmir və bu da bir çoxlarını narahat edir. Dəfələrlə beynəlxalq təşkilatlar ədalətsiz, demokratiya, insan haqlarına zidd şəkildə Azərbaycana qarşı qərəzli qərarlar qəbul edilir”.
AzVision.az xəbər verir ki, bu fikirləri parlamentin bugünkü iclasında çıxış edən YAP-çı deputat Siyavuş Novruzov deyib.

“Elələri var ki, müfadiə etdikləri adamın kim olduğunu soruşsan, onların heç ad soyadını bilməyəcək. Təəssüf ki, bir qrup erməni lobbisinin təhriki nəticəsində bu kimi halları ardıcıl şəkildə hiss edirik. Bir müddət əvvəl ABŞ prezidenti Barak Obama QHT-lər haqqında çıxış etdi. Halbuki heç onları tanımır. Daha sonra Emin Milli Çexiyada tədbir keçirir. Məncə o, özünə qeyri-milli deməlidir. Sonra Gürcüstanda tədbir keçirilir”.

S.Novruzov qeyd edib ki, bu kimi hallara qarşı ciddi mübarizə aparılmalıdır: “Cənab sədr, biz bu kimi insanlara qarşı ciddi şəkildə mübarizə aparmalıyıq. Onların təhrik etdiyi heç bir məsələyə getməməliyik. Hər dəfə onlara doğru addım atdıqca, onlar yaydıqları bəyanatları daha da sərtləşdirirək bir az da artıq üzərimizə gəlirlər. Hesab edirəm ki, heç bir dövlətin başqa dövlətin işinə qarışmağa ixtiyarı yoxdur. Bu hal Avropa qurumlarıan da şamil edilir”.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti