Kəmaləddin Heydərov müşavirə keçirdi

Kəmaləddin Heydərov müşavirə keçirdi
  29 Noyabr 2014    Oxunub:1842
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə Mingəçevir su anbarında səyyar müşavirə keçirilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.

Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirədə çıxış edən K.Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.


Teqlər:  





Xəbər lenti