`Bizə ləkə yaxmağa çalışırlar`- İcra hakimiyyəti

`Bizə ləkə yaxmağa çalışırlar`- İcra hakimiyyəti
  01 Dekabr 2014    Oxunub:1963
Son günlər bəzi saytlarda və elektron portallarda Füzuli rayonu və onun rəhbər işçiləri barədə heç bir fakta söykənməyən, əsasız, qərəzli, şərəf və ləyaqəti alçaldan, ictimaiyyət arasında çaşqınlıq yaradan, böhtan xarakterli yazılar dərc olunur.
Bu barədə Füzuli Rayon İcra Hakimiyyətindən (Füzuli RİH) daxil olan məktubda deyilir.

Məktubda qeyd edilib ki, yazılarda qərəzli mövqe tutan, vətəndaşların şərəf və ləyaqətini alçaldan, rayonun vəzifəli şəxslərinin işgüzar nüfuzuna xələl gətirən, rayon haqqında şər-böhtan xarakterli materiallar dərc etdirən saytların hərəkətləri rayon əhalisinin ciddi narazılığına səbəb olub.

Bildirilir ki, Füzuli rayonu cəbhə xəttində yerləşir və ərazisinin böyük bir hissəsi işğal altındadır. Yuxarıda adları göstərilən mətbuat orqanları Prezident İlham Əliyevin 24 sentyabr 2014-cü il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” Sərəncamını kobud şəkildə pozaraq cəbhə bölgəsi olan Füzuli rayonu və onun rəhbər işçiləri barədə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaqla cəmiyyət arasında çaşqınlıq yaradır, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirən hərəkətlərə yol verir, “Dövlət sirri haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunlarını pozurlar.

"Özlərini cəmiyyətdə Kütləvi İnformasiya Vasitəsi kimi təsdiq edə bilməyən bu saytlar qeyri-ciddi, jurnalist peşəkarlığından uzaq və məkrli yollarla Füzuli rayonunun rəhbər işçilərinin ünvanına ləkə yaxmağa, görülən işlərə kölgə salmağa çalışırlar.

Təəssüf ki, mətbuatın ali məqsədini unudaraq heçə sayan, obyektivlik və peşəkarlıq prinsipindən uzaq olan bu saytlar dəfələrlə Mətbuat Şurasının “qara siyahı”sına daxil edilsələrdə görünür bundan nəticə çıxarmaq istəmirlər".(Ans)


Teqlər:





Xəbər lenti