“AXCP ilə Müsavat birləşəcək, sonra...”

“AXCP ilə Müsavat birləşəcək, sonra...”
  01 Dekabr 2014    Oxunub:1093
“AXCP ilə Müsavat arasında olan konfliktlərin 20 ildən çox tarixi var. Uzun müddət bu proses davam edəcək”.
Bu fikriləri AzVision.az-a açıqlamasında Müsavatdan qovulan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib. Müsavat ilə AXCP arasından son günlər gərginləşən münasibətləri şərh edən S.Əlisoy vurğulayıb ki, bu iki partiya bir-birilə birləşəcək, problem çıxan kimi ayrılacaqlar:

“İllərlə belə olub, belə də davam edəcək. Düşünürəm ki, bunun qarşısını almağın yeganə yolu hər iki partiyanın söz sahibi olan adamları yığışıb bir yerdə buna son qoymalıdır. Bu halın nə Müsavat, nə də AXCP-ə heç bir xeyri yoxdur. Burada söhbət yalnız nüfuzdan düşməkdən gedir. Bu da partiyalardan birini tam zəiflədən qədər davam edəcək. Sonda da bunun peşmançılğını çəkəcəklər”.

Fatimə


Teqlər:  





Xəbər lenti