Bakcell jurnalistlərə seminar keçdi- Fotolar

Bakcell jurnalistlərə seminar keçdi- Fotolar
  01 Dekabr 2014    Oxunub:1710
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti jurnalistlər üçün “Mobil telekommunikasiyaya giriş” adlı seminar təşkil edib.
AzVision.az xəbər verir ki, seminarın məqsədi ümumilikdə informasiya-kommunikasiya texnologiyaları və mobil telekommunikasiya, mobil telekommunikasiyanın bügünü və gələcəyi, İnternet təhlükəsizliyi, abunəçilərin mobil operatorlardan gözləntiləri və s. haqqında jurnalistlərin məlumatlılığını artırmaq olub.

28-29 noyabr tarixlərində Qusar rayonunda “Şahdağ Pik Palace” otelində keçirilən tədbirdə “Bakcell”in baş müştəri xidmətləri direktoru Selda Kokmaz Bostancıoğlu abunəçinin öz mobil rabitə təchizatçısından gözləntiləri, yeni texnologiyalar və keyfiyyətin qiymətləndirilməsi departamentinin rəhbəri Roman İqnatenko mobil telekommunikasiyanın bügünü və inkişaf perspektivləri, əlavə xidmətlər bölməsinin rəhbəri Gürel Aktaş mobil kommukasiyada geniş yayılmış əlavə xidmətlərin əhəmiyyəti, yeni məhsulların inkişafı bölməsinin rəhbəri Cəlil Xəlilov mobil imza və mobil tətbiqetmələr və Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin dekanı Abzetdin Adamov kiber gigiyena haqqında faydalı təqdimatlar ediblər.

Seminar iştirakçıları “Bakcell” tərəfindən Şahdağ ərazisində yerləşən oteldə quraşdırılan və burada mobil rabitəni təmin edən binadaxili avadanlığın yerləşdiyi əraziyə baş çəkib, qurğunun iş prinsipi ilə tanış olublar. Bakcell son illər ərzində istər paytaxtda, istərsə də respublikanın ən ucqar bölgələrində yerləşən böyük binalarda bu cür binadaxili həllər quraşdırıb.

Həmçinin seminarın keçirildiyi müddət ərzində Bakcell Şahdağ ərazisinə mobil (daşına bilən) baza stansiyası gətirib və bu qurğu jurnalistlərə nümayiş etdirilib. Şirkətin xüsusi avtomobillər üzərində daşınan mobil baza stansiyalarını istənilən nöqtədə qurmaq və keyfiyyətli mobil rabitə xidmətindən istifadə etmək mümkündür.

“Biz seminarda təqdim etdiyimiz hər bir mövzunu mətbuatın gündəlik təhlilinə və diqqət mərkəzində olan aktual mözvulara əsasən seçdik. Bu, çox uğurlu bir model oldu və jurnalistlər tərəfindən böyük maraqla qarşılandı. Bu formatda seminarlar mütəmadi olaraq olaraq jurnalistlər, tələbələr və s. üçün təşkil olunacaq”, deyə “Bakcell”in korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Anar

Qalereya




Teqlər:  





Xəbər lenti