Xəbərdarlıq: bu mağazalardan mal almayın

Xəbərdarlıq: bu mağazalardan mal almayın
  01 Dekabr 2014    Oxunub:2059
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.
AzVision.az nazirliyə istinadən xəbər verir ki, monitorinqlər zamanı Bakının Xətai və Qaradağ rayonlarında, eləcə də Sumqayıt, Gəncə, İmişli, Şamaxı, Qusar, Zaqatala və Ağdamda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Yararsız mallar aşkarlanan mağazalar aşağıdakılardır:

Bakının Xətai rayonunda

- M.Rüstəmov küçəsi, 21 ünvanında Sevinc Rəhimovaya məxsus mağazada;

H.Aslanov qəsəbəsi, 4-cü Dairəvi küçəsində Səttar Cabbarlıya məxsus mağazada;

Qaradağ rayonunda

- Qızıldaş qəsəbəsində Cavid Əmirxanova məxsus mağazada;

Sahil qəsəbəsi, M.Seyidov küçəsində Radə Qədirovaya məxsus mağazada;

Sumqayıt şəhərində

- 30-cu məhəllədə İldırım Mirzəyevə məxsus mağazada;

H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində Seyidziya Ağayevə məxsus mağazada;

Gəncə şəhərində

- Nizami prospektində Gəncə şəhəri Kooperativ Cəmiyyətinə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Xətai rayonunda

- K.Kərimov küçəsi, 34/17 ünvanında Mustafa Mustafayevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Qaradağ rayonunda

- Lökbatan qəsəbəsində Lətif Məmmədova məxsus mağazada;

- Sahil qəsəbəsi, 2-ci məhəllədə Cəlal Qasımova məxsus mağazada;

Xətai rayonunda

- Əhmədli qəsəbəsi, Şirvani küçəsi, 12 ünvanında Eyvaz İsmayılova məxsus mağazada;

Sumqayıt şəhərində

- H.Z.Tağıyev qəsəbəsi, Ç.Qurbanov küçəsində Nəzakət Hüseynovaya məxsus mağazada;

Gəncə şəhərində

- Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində Gəncə şəhəri Kooperativ Cəmiyyətinə məxsus mağazada;

- Ə.Əliyev küçəsi, 91 ünvanında İlqar Mirzəliyevə məxsus mağazada;

- Tağı Arani küçəsi, 19 ünvanında Qədir Cəfəriyə məxsus mağazada;

İmişli şəhərində

- H.Əliyev prospektində Yalçın Ağayevə məxsus mağazada;

Şamaxı rayonunda

- Göylər kəndində Qismət Musayevə məxsus mağazada;

Qusar şəhərində

- Q.Məmməd küçəsində Mübariz Verdixanova məxsus mağazada;

Zaqatala şəhərində

- V.İsmayılov küçəsində Natiq Nəbiyevə məxsus mağazada

Ağdam rayonunda

- Quzanlı qəsəbəsində Liza Quliyevaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Xatırladaq ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.


Teqlər:





Xəbər lenti