Deputatlarımız ATƏT və AŞPA-nın iclasına gedir

Deputatlarımız ATƏT və AŞPA-nın iclasına gedir
  01 Dekabr 2014    Oxunub:1199
Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfərə gedəcək.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, büro iclasında ABŞ-da, Ukraynada, Moldovada, Bosniya və Herseqovinada keçirilmiş seçkilərin müşahidə olunmasının nəticələri, ATƏT PA-nın keçirəcəyi gələcək tədbirlər və başqa mövzularda fikir mübadiləsi aparılacaqdır.

Səfər müddətində deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının Nazirlər Şurasının iclasına da qatılacaq.

Milli Məclisin digər deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək.

Tədbirdə Avropada dözümsüzlük və diskriminasiya ilə mübarizə və digər mövzularda müzakirələr aparılacaq.

Səfər çərçivəsində deputat Sahibə Qafarova Londonda “Böyük Britaniyada qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda keçiriləcək seminarda da iştirak
edəcəkdir.

Deputatın səfəri dekabrın 10-da başa çatacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti