Bakı-Sumqayıt yolunda böyük tıxac

Bakı-Sumqayıt yolunda böyük tıxac
  02 Dekabr 2014    Oxunub:1783
Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
AzVision.az xəbər verir ki, tıxac Masazır dariəsinin yaxınlığında yük maşınlarının zəncirvari qəzası nəticəsində yaranıb. Qəza zamanı yük maşınlarından olan çınqılın yola dağılması hərəkətin qarşısını alıb.

Tıxac 20 Yanvar dairəsinə qədər uzanıb. Tıxac bir saata yaxındır ki, davam edir.

Yol polisi əməkdaşları tıxacın qarşısını almağa çalışırlar.

AzVision.az


Teqlər:  



Xəbər lenti