“Zaurun, Elgizin verilişinə baxmıram...” – Deputat

“Zaurun, Elgizin verilişinə baxmıram...” – Deputat
  02 Dekabr 2014    Oxunub:2305
“Azərbaycanda televiziya kanallarında nümayiş etdirilən bəzi eybəcər filmlər məni qane etmir. Ötən gün ANS telekanalı bir türk filmi nümayiş etdirdi. Bu mənim çox xoşuma gəldi. ANS-ə zəng edib o filmi nümayiş etdirdiklərinə görə təşəkkür etdim”.
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisinin deputatı Aqil Abbas deyib. Deputat qeyd edib ki, özəl telekanallar yalnız reytinqə görə çalışırlar.

Millət vəkili teleaparıcıların ləhcə ilə danışmasından gileylənib:

“Hansısa bir telekanalda yaxşı bir veriliş olan kimi zəng edib onlara təşəkkür edirəm. Həqiqətən də aparıclar efirə çıxıb ləhcə ilə danışırlar, ifadələrində rus dilində sözlər işlədirlər. Televizya aparıcılarının efirə qonaq dəvət edikləri şəxslər ləhcə ilə danışa bilərlər. Amma aparıcılar ləhcə ilə danışa bilməzlər”.

A.Abbas telekanalları ədəb-ərkan qaydalarına riayət etməyə çağırıb:

“Özəl telekanallar dövlət tərəfindən maliyyələşdirilmirlər. Onlar reytinqə, bazara işləyirlər. Həmin telekanallar elə verilişlər yayımlamaldırlar ki, reklam əldə edə bilsinlər. Həmin telekanallara bir qrup ziyalının istədiyləri verilişləri nümayiş etdirin deyə bilmərik. Belə olan zaman həmin telekanal nə ilə yaşamalıdır? Amma bu zaman ədəb-ərkanı, qayda-qanunu gözləmək lazımdır. ATV şou kanalı kimi yaranıb. Üzərinə düşənlərin də öhdəsindən gəlib. İndi biz ATV-dən yalnız vətənpərvərlik verilərini nümayiş etdirməsini tələb edə bilmərik. Özəl kanallardan nəisə gözləmək düzgün deyil”.

Daha sonra millət vəkili A.Abbas Azərbaycan telekanallarında yayımlanan, Zaur Baxşəliyev, Elgiz Əkbər və Xoşqədəm Baxşəliyevanın aparıcılıq etdiyi telelayihələrə münasibət bildirib:

“Ümumilikdə o, formatda olan heç bir verilişə baxmıram. Amma maraq üçün bəzən verilişlərini izləmişəm. Daimi tamaşaçısı olmasam da, baxırdım ki, orada nə nümayiş etdirəcəklər. Bəzən həmin verilişlərdə çox ciddi məsələlər qaldırılır. Məsələn, Zaurun verilişində bir neçə dəfə xəstə insanlara yardım edildiyini görmüşəm. Oradakı xeyriyyə əməlləri mənim çox xoşuma gəldi. Elgizin proqramında isə işsiz adamları işə düzəldirlər. “Səni axtarıram” verilişində isə uzun illər bir -birini görməyən insanlar qovuşurlar.

A.Abbas ailəsinin də hansı televiziya verilişlərinə baxdığını açıqlayıb:

“Mənim ailəm ziyalı insanlardan ibarətdir. Azərbaycan, rus, türk kanallararına baxırıq. İTV-də olan bəzi verilişləri izləyirik. Şəxsən mən bayaq dediyim proqramları izləyirəm. Çünki mənə maraqlıdır ki, o proqramlarda nələr nümayiş etdirilir. Səhər tezdən teleaparıcı Turanın təqdimatınada olan xəbərlər proqramına baxıram. Cinayət və qorxulu filmlər telekanallarda nümayiş etdirilməməlidir”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti