Təhsil naziri Salyana gedir

Təhsil naziri Salyana gedir
  02 Dekabr 2014    Oxunub:904
8 dekabr 2014-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Saatlı şəhərindəki Gənclər Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya https://azvision.az/redirect.php?url=http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Teqlər:





Xəbər lenti