`Azərbaycanda Elnura qiymət vermədilər` - Deputat

`Azərbaycanda Elnura qiymət vermədilər` - Deputat
  02 Dekabr 2014    Oxunub:2975
“Bizdə sənətə qiymət verilmir. Bizdə tanışlıq, qohumluq və pul məsələsi var. Odur ki, Azərbaycanda Elnur Hüseynova qiymət verməyiblər, o da Türkiyəyə gedib və öz layiqli qiymətini alıb”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a açıqlamasında “Eurovision” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” yarşımasındakı möhtəşəm ifasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, Türkiyədəki sənətkarlar daha obyektivdirlər və sənətə qiymət verirlər:

“Türkiyədə olan sənətkarlar obyektivdirlər. Onlara hər hansı bir şəkildə təsir etmək mümkün deyil. Ona görə də Elnur Hüseynova obyektiv qiymət verdilər. Müsiflərin hələ belə səs eşitmədiklərini etiraf etmələri bizim üçün qürurvericidir”.

F.Mustafa qeyd edib ki, sənətin şəxsi həyatla heç bir əlaqəsi yoxdur:

“Mən Azərbaycanda sənətinə qiymət verilməyən şəxslərin xarici ölkələrə getməsinə çox üzülürəm. Bu bizim millətimizin və dövlətimizin bir reallığıdır. Bəzən biz öz dəyərlərimizi tanımırıq, kənardakı ona qiymət verdikdən sonra hər şeyin fərqinə varırıq. Çox təəssüf. Mən buna görə üzülürəm. Sənətin şəxsi həyatla heç bir əlaqəsi yoxdur. Biz insanların həyatına qarışa bilmərik. Onun gözəl səsi var. Onun uğru Azərbaycanın uğurudur”.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti