Bakıya qar yağacaq

Bakıya qar yağacaq
  02 Dekabr 2014    Oxunub:2468
Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava soyuq, yağıntılı keçəcək, sulu qar yağacaq, gecəyə doğru kəsiləcək.

Şimal-qərb küləyi güclənəcək. Gündüz müşahidə olunan 3 dərəcəyədək isti axşama doğru 0 dərəcəyə qədər enəcək.

Bölgələrdə də dekabrın 3-ü fasilələrlə yağıntı olacaq, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur aran rayonlarında gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.


Teqlər:



Xəbər lenti