Zakir Qaralov rəisi işdən çıxardı

Zakir Qaralov rəisi işdən çıxardı
  02 Dekabr 2014    Oxunub:2113
Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərilib.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Ruslan Hacıyev prokurorluda qulluqda olmasının yaş həddinə çatdığına görə prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.


Teqlər:



Xəbər lenti