Mobil operatorlar vahid tarifə keçir

Mobil operatorlar vahid tarifə keçir
  02 Dekabr 2014    Oxunub:1736
Azərbaycanda yaxın vaxtlarda mobil operatorlar arasında ödəmələr vahid tarifə keçiləcək.
AzVision.az xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

Nazir bildirib ki, mobil operatorlar arasında olan ödəmələr vahid tarifə keçəcək.

`Bunu bütün mobil operatorlar qəbul ediblər. Bu imkan verəcək ki, bazarda rəqabəti balanslaşdıraq, həmçinin qiyməti aşağı olduğu üçün mobil operatorların əhaliyə verdiyi xidmətlərini aşağı salmağada imkanı olacaq`.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti