Azərbaycanın regionlarında 4G xidməti

Azərbaycanın regionlarında 4G xidməti
  02 Dekabr 2014    Oxunub:1090
Gələn ildən Azərbaycanın regionlarında 4G xidmətindən istifadə etmək mümkün olacaq
Azercell Telecom gələn ildən 4G şəbəkəsinin əhatə dairəsini genişləndirəcək və Azərbaycanın regionlarında dördüncü nəsil texnologiyasından istifadə etmək mümkün olacaq. AzVision.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Kirill Qaburiç jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın beş cənub rayonu və Naxçıvan Muxtar Respublikası 4G şəbəkəsi ilə əhatə olunacaq. K.Qaburiç qeyd edib ki, mobil operatorun 3 G şəbəkəsi də artırılıb və hazırda əhalinin və ərazinin 60%-ni əhatə edir.

Anar


Teqlər:





Xəbər lenti