TeliaSonera ölkəmizdə mobil internetə pul ayırır

TeliaSonera ölkəmizdə mobil internetə pul ayırır
  02 Dekabr 2014    Oxunub:927
TeliaSonera Azərbaycanda mobil inernetin inkişafına investisiya yatıracaq
“TeliaSonera şirkətlər qrupu 17 ildir ki, Azərbaycanın telekommunikasiya sektoruna böyük sərmayə yatırır və bunun gözəl nəticələrini görə bilirik”. AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən Bakutel sərgisində şirkətlər qrupunun Avrasiya üzrə vitse-prezidenti Erik Halberq bildirib. ki, TeliaSonera şirkətlər qrupu Azərbaycanın telekommunikasiya sektoruna investisiya yatırmağa davam edəcək. O əlavə edib ki, investisiyalar daha çox mobil internetin inkişafına yönəldiləcək:

"Azercell"in əhatə dairəsinin genişlənməsinə və xidmətin keyfiyyətinin dah a artmasına da diqqət yetiriləcək". "Azercell Telekom"un prezidenti Kirill Qaburiç də şirkətin indiyə qədər yatırdığı investisiyadan danışaraq qeyd edib ki, bu məbləğ 1 milyard manat təşkil edib.O əlavə edib ki, gələcəkdə də investisiyalar davam edəcək.

Qeyd edək ki, "Azercell" 1996-cı ildə yaradılıb və TeliaSonera şirkətlər qrupuna daxildir.

Anar


Teqlər:





Xəbər lenti