Müsavat parçalanır

Müsavat parçalanır
  02 Dekabr 2014    Oxunub:1258
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlər yeni hərəkat yaradılması barədə qərar qəbul ediblər.
Bu barədə Trend-ə Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

S.Əlisoy bildirib ki, dünən bununla bağlı toplantı keçirilib və yeni ictimai hərəkatın yaradılması barədə razılığa gəlinib.

Yeni ictimai hərəkatın yaradılması barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.

Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib.


Teqlər:





Xəbər lenti