Məktəbdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Məktəbdəki hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
  02 Dekabr 2014    Oxunub:1724
Bakı Şəhər Təhsil İdarəsi paytaxtın 20 saylı məktəbində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
İdarədən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, bu gün səhər saatlarında 20 saylı məktəbdə yaranan problemlə əlaqədar olaraq şagirdlər binadan evakuasiya edilib, təhlükəsizlik tədbirləri görülüb.

Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub.

Qeyd edək ki, məktəb binası daxilində ümumiyyətlə qaz xətləri mövcud deyil. Sabahdan etibarən tədris prosesi bərpa olunacaq.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunda, 20 saylı orta məktəbin müvəqqəti yerləşdirildiyi binada qaz qoxusu hiss olunub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.


Teqlər:  



Xəbər lenti