İnterpola verilən 68 nəfər tapılıb

İnterpola verilən 68 nəfər tapılıb
  02 Dekabr 2014    Oxunub:1137
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68 şəxsin yeri məlum olub.
Bu barədə Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski Daxili İşlər Nazirliyində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin və "Təqsirləndirilən və xəbərsiz itkin düşmüş şəxslərin axtarışı, tanınması mümkün olmayan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclasıda çıxışı zamanı deyib.

O, bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə tutulmuş şəxslərin sayı 6 faiz çox olmaqla axtarışın nəticəsi 60,2 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 34,1 faiz təşkil edib.

İnsan alveri, soyğunçuluq, mənimsəmə və israf etmə cinayətlərinə görə axtarılanların tutulma göstəriciləri orta hesabla 7 faiz yüksəlib. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 68, bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 27 şəxsin yeri müəyyən olunub.

İtkin düşmüş şəxslərin axtarışının həyata keçirilməsi istiqamətində də müəyyən işlər görülüb. Ötən ilin 10 ayında itkin düşənlərirn 70 faizinin yeri müəyyən edilib, habelə bir nəfərin cinayətin qurbanı olması faktı üzrə cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti