Şikayəti olan valideynlərin nəzərinə

Şikayəti olan valideynlərin nəzərinə
  02 Dekabr 2014    Oxunub:1108
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən növbəti səyyar qəbullar dekabrın 4-də Nizami və Xətai rayonlarında keçiriləcək.
BŞTİ-dən AzVision.az-a verilən məlumata görə, Nizami rayonu üzrə 70 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula 10, 70, 109, 129, 242, 272, 277 nömrəli məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Xətai rayonu üzrə 95 nömrəli məktəbdə keçiriləcək səyyar qəbulda isə 17, 25, 29, 64, 95,138, 221, 261 və 287 nömrəli məktəblərin müəllim və valideynlərinin müraciətləri dinləniləcək.

Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti