İkinci peykin orbitə buraxılacağı vaxt AÇIQLANDI
Nazir qeyd edib ki, Azərbaycan bu cür peyki orbitə çıxaran 20-ci ölkədir. Hazırda təxminən 50 belə peyk var və onların sonuncusu Azərbaycana məxsusdur. Bu, Azərbaycanla Fransa arasında kosmik fəzanın tədqiqinə dair birgə əməkdaşlıq haqqında bağlanılan strateji sazişin nəticəsidir. Həmin proqrama əsasən Fransa və Azərbaycana məxsus iki peykin birgə istifadəsi həyata keçirilir. Hər iki tərəfdən birgə investisiyalar qoyulub. Layihəyə əsasən peyk 12 il müddətinə orbitdə olacaq, ona qoyulan xərcləri 7-8 il müddətində ödəyəcək.
Ə.Abbasov jurnalistlərə bildirib ki, 2015-ci ilin noyabrında Azərbaycanda aşağı səviyyəli yer səthinin monitorinqi üçün idarəetmə sistemi qurulacaq. Bu sistem imkan verəcək ki, Azərbaycan digər peyklərdən alınan informasiyanı emal edə bilsin. Bununla da Azərbaycan dünyada çox az olan bir sistemə malik olacaq və kosmosun tədqiqinə böyük töhfə verəcək.
Teqlər: