Əli Həsənovdan jurnalistlərə birlik çağırışı
Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclasında iştirak edən Ə.Həsənov iclasda müsəlman ölkələrinin bu məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib:
"Müsəlman ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər. Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas amildir".
PA rəsmisi bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir:
"Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-ləri arasında həmrəyliyin göclənməsinə və onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq".
Qeyd edək ki, İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi hotelində keçirilir. “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsinin nümayəndəsi iştirak edir. (trend)







Vaxtında, Aydın, Lazımlı!


