Müsavatdan Qubad İbadoğluna etiraz

Müsavatdan Qubad İbadoğluna etiraz
  03 Dekabr 2014    Oxunub:1412
“Biz ancaq və ancaq partiyada fəaliyyətin tərəfdarıyıq və Müsavatdan kənarda yaradılacaq heç bir qurumda təmsil olunmayacağıq”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı Qubad İbadoğlunun yaratdığı yeni “Azərbaycan Demokratiya və Rifah” hərəkatı barədə danışarkən deyib.

O vurğulayıb ki, işçi qrupunda ancaq fraksiyanın yaradılması üçün iştirak edir:

“Biz bu hərəkatın Müsavat əleyhinə yaradıldığını iddia etmirik. Ancaq indiki mərhələdə özümüzün belə bir hərəkatda fəaliyyətimizi məqsədə uyğun hesab etmirik. Və bu hərəkatda fəaliyyət göstərənlərə də uğurlar arzulayırıq, bu onların hüququdur və partiya nizamnaməsinə də zidd deyil”.

Qeyd edək ki, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu bu gün yaydığı bəyanatda “Azərbaycan Demokratiya və Rifah” hərəkatını yaratdığını elan edib. Siyasi, etnik, dini, milli mənsubiyyətindən asılı olmayaraq hərəkatın məqsəd və prinsiplərini qəbul edən istənilən Azərbaycan vətəndaşının ADR Hərəkatına üzv ola biləcəyi bəyan edilib.

Fatimə Kərimli


Teqlər:



Xəbər lenti