Duman, çiskin, şaxta olacaq...

Duman, çiskin, şaxta olacaq...
  03 Dekabr 2014    Oxunub:1670
Dekabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildilir ki, paytaxtda və yarımadada cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 4-də gündüz yağmursuz hava şəraiti gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.


AzVision.az


Teqlər:  



Xəbər lenti