Azərbaycan 2 il sədrlik edəcək

Azərbaycan 2 il sədrlik edəcək
  03 Dekabr 2014    Oxunub:1578
Azərbaycan 2014-2016-cı illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik edəcək.
Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Bu gün Bakıda QDİƏT-ə üzv ölkələrin elm və texnologiyalar nazirlərinin iclası işə başlayıb.

Onun sözlərinə əsasən, iclas çərçivəsində 2014-2018-ci illərdə elm və texnologiyalar üzrə təşkilatın üzv ölkələrinin əməkdaşlıq planı müzakirə olunacaq: "Plan innovasiyalar, insan resurslarının və elmi potensialın inkişafı kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur".

Nazir qeyd edib ki, QDİƏT-in üzv ölkələri qarşısında dayanan məsələlər arasında sadalanan sahələrdə, eləcə də kadr potensialının inkişafı və sosial inkişaf üçün elm və texnologiyaların tətbiqi sahələrində əməkdaşlığın gücləndirilməsi var.

Ə.Abbasov əlavə edib ki, Azərbaycanın təşəbbüskarı olduğu və BMT-nin Baş Assambleyasının dəstəyini qazanan Trans-Avrasiya super informasiya magistralının (TASIM) inkişafı üzrə layihə müzakirəyə çıxarılacaq.


Teqlər:





Xəbər lenti