Suriyada döyüşən azərbaycanlı aeroportda tutuldu

Suriyada döyüşən azərbaycanlı aeroportda tutuldu
  03 Dekabr 2014    Oxunub:1535
Suriyada döyüşlərdə iştirak etmiş azərbaycanlı həbs edilib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub.

B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.


Teqlər:



Xəbər lenti