Metronun bəzi stansiyaları təmir ediləcək

Metronun bəzi stansiyaları təmir ediləcək
  03 Dekabr 2014    Oxunub:1540
Metronun “Nərimanov” və “Gənclik” stansiyalarında təmir işləri aparılır.
Bu barədə AzVision.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, təmir işləri hər iki stansiyada planlaşdırılmış şəkildə aparılır.

`Bərpa işləri bir necə ay çəkəcək. Stansiyalarda gedən təmir işləri ilə yanaşı keçidlərin, üst vestibüllərin divar üzlükləri, döşəmələr tamamən yeniləcək. Hər iki stansiyada işlər yekunlaşdıqdan sonra ehtiyacı olan digər stansiyalarda da təmir işləri aparılacaq`.

Nəsimi Paşayev qeyd edib ki, stansiyalarda olan kommunikasiya xətləri də dəyişdiriləcək.

Sevinc Kərimova


Teqlər:  





Xəbər lenti