Milli Qəhrəmanlar Nəsibovun PKK-çı oğluna qarşı

Milli Qəhrəmanlar Nəsibovun PKK-çı oğluna qarşı
  03 Dekabr 2014    Oxunub:3241
“Azərbaycanın Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyi Milli Qəhrəman Kamil Nəsibovun oğlu Namiq Nəsibovun Qaraçuxur məscidini yandırmasına etiraz edib.
Təşkilat sədri Elşən Uluxanlı AzVision.az-a açıqlamasında N.Nəsibovun PKK sıralarına qoşulmasını pisləyib.

“Namiq Nəsibov bu addımı atanda dövlət, millət uğrunda can qoymuş atasını gözünün önünə gətirməli idi. O, bu addımı ilə ilk növbədə atasının ruhuna hörmətsizlik edib. Atası bu dövlət və millət uğrunda can qoyub. Onun oğlu hər hansı bir qruplaşmaya birləşib, bu dövlətin əleyhinə çıxırsa, deməli birinci atasının əleyhinə çıxmış olur. İnanıram ki, Azərbaycan dövləti onun layiqli cavabını verəcək”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti