“Prezident qərar versə, sevinərik” – Ömər Məmmədovun atası

“Prezident qərar versə, sevinərik” – Ömər Məmmədovun atası
  03 Dekabr 2014    Oxunub:1611
`19 yaşında uşaq necə olacaq?! Çox darıxır. Bağırsağında problem var deyə diyet saxlayır. Görünür, soyuq olub`.
AzVision.az xəbər verir ki, bu sözləri bloqçu Ömər Məmmədovun atası Elyar Məmmədov Media forum saytına açıqlamasında deyib. O, oğlu ilə görüşdüyünü bildirib:

“19 yaşında uşaq necə olacaq?! Çox darıxır. Bağırsağında problem var deyə diyet saxlayır. Görünür, soyuq olub. Qaldığı yerdə şərait heç də yaxşı deyil. Təcridxananın həkiminə müraciət edib, amma onun problemi həkimlik deyil, səhhətinə şəraitsizlik pis təsir edir. Orada isti su yoxdur, məcbur qalıb soyuq su ilə yuyunur.

Ümidimiz var ki, bəlkə ilin sonunda əfv verildi. Gözləyirik. Optimist olmaq istəyirəm. Prezident qərar versə, sevinərik. Cavan uşaqdır, təhsili yarımçıq qalıb, gedib oxuyardı”.

Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda narkotik ittihamı ilə tutulub. İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ömər Məmmədovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq Kipr Universitetinin (Şimali Kipr) tələbəsi olan Ömər Məmmədov oktyabrın 15-də ölkə prezidentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmaq istəyimi nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz”.


Teqlər:



Xəbər lenti