Ramil Usubov terrorçuluqla mübarizədən danışdı

Ramil Usubov terrorçuluqla mübarizədən danışdı
  03 Dekabr 2014    Oxunub:1230
Bu gün Azərbaycan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayserini qəbul edib.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a məlumat verilib

Qonağı salamlayan nazir iki ölkə arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu bildirib. O, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını, iki il öncə İslamabadda keçirilmiş "Narkotiklərlə mübarizə üzrə strategiyalar" adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən daxili işlər naziri ilə görüşlərini xatırladıb.

Daha sonra R.Usubov səfirə DİN-in funksiyaları və fəaliyyət istiqamətləri, ölkəmizdə mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlar, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının önə çəkildiyi yeni qanunların qəbulundan danışıb. Transmilli mütəşəkkil cinayətkarlığın ayrı-ayrı təzahürlərinə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə səylərin birləşdirilməsinin vacibliyi, bu növ cinayətlərlə mübarizədə Pakistan dövlətinin zəngin təcrübəyə malik olduğu, təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən səfir X.U.Qayseri yüksək səviyyədə olan ikitərəfli əlaqələrin əsasının hələ görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladaraq, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında respublikanın bütün sahələrdə sürətli inkişafına, qazandığı nailiyyətlərə öz ölkəsinin uğurları kimi sevindiklərini nəzərə çatdırıb. Burada fəaliyyət göstərdiyi qısa zaman kəsiyində Azərbaycanda mövcud olan əmin-amanlıqdan, təhlükəsiz şəraitdən razılığını ifadə edən səfir əməkdaşlığın bütün sahələrdə daha da inkişafına öz töhfəsini verəcəyini bildirib.


Teqlər:  



Xəbər lenti