İran Qarabağ münaqişəsindən narahatdır

İran Qarabağ münaqişəsindən narahatdır
  04 Dekabr 2014    Oxunub:1556
Dekabrın 3-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkman ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a daxil olan məlumata görə, görüşdə Xələf Xələfov Azərbaycan və İran arasındakı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Nazir müavini İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin iki ölkə arasındakı əlaqələrin dinamik inkişafının bariz nümunəsi olduğunu bildirib.

Regional sülh və təhlükəsizlik məsələlərinə toxunan Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində İranın mövqeyi və nümayiş etdirdiyi siyasi iradənin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Əbuzər İbrahimi Türkman ölkələrimiz arasında zəngin tarixi-mədəni əlaqələrin mövcudluğunu qeyd edib və bu əlaqələrin daha da inkişaf etməsinin zəruriliyini vurğulayıb. O, rəhbərlik etdiyi təşkilatın dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərdiyini qeyd edib və bu təşkilatın ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

Ə.İ.Türkman Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır nəticələrinin İranı narahat etdiyini vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti