Deputat qardaşı oğlunun adam öldürməsindən DANIŞDI

Deputat qardaşı oğlunun adam öldürməsindən DANIŞDI
  04 Dekabr 2014    Oxunub:7473
Millət vəkili Tahir Süleymanov qardaşı oğlu Kamran Süleymanovun maşınla piyadanı vurub öldürməsi hadisəsinə münasibət bildirib.
Deputat AzVision.az-a açıqlamasında hadisədən xəbərdar olduğunu deyib. Deputat qeyd edib ki, heç kim belə hadisədən sığortalanmayıb.

“Dünən bu barədə xəbər aldım. Qardaşımın övladı avtomobili ilə piyadanı vurub. Bu yol-nəqliyyat hadisəsidir və heç kim belə bir hadisədən sığortalanmayıb”.

Xatırladaq ki, dekabrın 2-də saat 15 radələrində 1975-ci il təvəllüdlü, Şabran şəhər sakini Kamran Süleymanov idarə etdiyi “Mercedes Benz-E320” markalı, 90-XG-046 dövlət nömrə nişanlı avtomobillə Şabran şəhəri, M.Rəsulzadə küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - 1952-ci il təvəllüdlü, Şabran şəhər sakini Fikrət Əfəndini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı Şabran şəhərində baş verən yol nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanıb.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti