Yeni avtobusların köhnələrdən fərqi: kondisioner, qapıdan sallanma...

Yeni avtobusların köhnələrdən fərqi: kondisioner, qapıdan sallanma...
  04 Dekabr 2014    Oxunub:2592
“Bakıya yeni gətirilən avtobuslar 65 saylı marşurut xətti üzrə istifadəyə veriləcək”.
Bunu AzVision.az-a açıqlamasında “Xaliq Faiqoğlu” MMC-nin sözçüsü Füzuli Sadıqov deyib. Onun sözlərinə görə, müqaviləyə əsasən ölkəmizə 200 avtobus gətiriləcək.

“Onlardan 50-si artıq Bakı şəhərinə gətirilib. Qalan hissəsi gələn ildən ölkəmizə gətiriləcək”.

F.Sadıqov bildirib ki, yeni avtobusların bir çox özəllikləri var. MMC rəsmisi qeyd edib ki, yeni avtobuslarda kondisoner sistemi, əlil sərnişinlərin qalxıb-enməsi üçün ayrıca yer və avtobusun özünü tənzimləməsi kimi üstünlükləri var:

“İndi bəzi avtobuslarda sərnişinlərin qapıdan asılaraq getdiyinin şahidi oluruq. Yeni avtobuslarda belə bir hal mümkün deyil. Əgər qapılar bağlanmasa, avtobus hərəkət etmir. Onun daxilində kameralar mövcuddur. Sürücü sərnişinlərdən 80 faiz təcriddir. Sürücü kamera vasitəsilə daxili diqqətdə saxlaya bilir. Kart sistemi tam mövcud olana kimi nəğd ödənişlə işləyəcəyik. Həmçinin ekoloji cəhətdən bir çox üstünlüklərə malikdir. Yanacağın yanması zamanı havaya artıq qazlar buraxılmır”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti