FHN-dən məktəbdəki yanğınla bağlı AÇIQLAMA

FHN-dən məktəbdəki yanğınla bağlı AÇIQLAMA
  04 Dekabr 2014    Oxunub:1520
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Binəqədi rayonunda yerləşən 102 saylı orta məktəbdə baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 40 kvadratmetr olan qazanxananın xarici divarından keçən diametri 51 mm olan qaz xəttində alışma olub. Yanğın nəticəsində qazanxananın damında 1 p.m atma taxta yanıb. Qazanxana yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti