Nazir hotellərə “ulduz” payladı

Nazir hotellərə “ulduz” payladı
  04 Dekabr 2014    Oxunub:1537
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirlik tərəfindən oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən mehmanxanalara dərəcə sertifikatları verilib:

1. "Şafran Hotel" mehmanxanası (4 ulduz),
2. "Caspian Business Hotel" mehmanxanası (4 ulduz),
3. "Qafqaz Park" mehmanxanası (4 ulduz),
4. "Admiral" mehmanxanası (4 ulduz),
5. "Egoist" mehmanxanası (4 ulduz),
6. "Qız Qalası" mehmanxanası (3 ulduz).

Respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 75-ə çatıb.


Teqlər:





Xəbər lenti