Təyyarə biletləri ucuzlaşdı

Təyyarə biletləri ucuzlaşdı
  04 Dekabr 2014    Oxunub:1737
Dövlət Statistika Komitəsi 2014-cü ilin noyabr ayında nəqliyyat sektorunda tariflərin dəyişməsi haqqında rəsmi məlumat yayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, bu ilin noyabr ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz, sərnişindaşıma tarifləri isə 0,7 faiz ucuzlaşıb.

Ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 4,8 faiz, digər xarici ölkələr üzrə isə 1,8 faiz ucuzlaşma müşahidə olunub.

Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 2,1 faiz bahalaşıb. Noyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,2 faiz ucuzlaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

AzVision.az


Teqlər:  



Xəbər lenti