Azərbaycandan Roma Papasına etiraz

Azərbaycandan Roma Papasına etiraz
  04 Dekabr 2014    Oxunub:1224
Milli QHT Forumu Roma papasının Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə çağırışına münasibətini bildirib.
Forumdan AzVision.az-a verilən məlumata görə, qəbul olunan bəyanatda bildirilir ki, papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir:

“Roma papası I Fransiskin 28-30 noyabr 2014-cü il tarixli Türkiyə səfəri daha çox Vatikan rəhbərinin Türkiyə-Ermənistan sərhədinin açılmasını arzu etməsi haqqında söylədiyi fikirlərlə yadda qaldı. Papa səfərdən dönərkən təyyarədə müxbirlərin saxta soyqırım iddialarının yüzilliyinin yaxınlaşması ilə bağlı sualına "Kaş ki, o sərhəd açılsaydı, o qədər gözəl olardı ki” cavabını verib. Əlbəttə ki, bütün bəşəri dinlər və onların təmsilçiləri dünyada sülhün, əmin-amanlığın, barışın bərqərar olmasına xidmət etməlidir. Ancaq təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq davam edən hərbi təcavüzünün nəticəsində qətlə yetirilən on minlərlə azərbaycanlının, doğma yurd yerlərindən qovulan yüz minlərlə insanın haqlarından ötən illər ərzində bir dəfə də danışmağa lüzum görməyən katolik kilsəsinin rəhbəri beynəlxalq hüquq normalarını saya salmayan bir dövlətə qarşı açıq jest etməkdən çəkinmir.


Papa I Fransiskin bu çağırışı ilk növbədə Türkiyənin dövlət maraqlarına ziddir. Çünki katolik kilsəsinin hazırkı və əvvəlki rəhbərləri dəfələrlə türkləri 1915-ci ildə ermənilərə qarşı “soyqırım” törətməkdə suçlayıb və bu “həqiqəti” etiraf etməyə çağırış edib. Belə mövqe dünyada ümumbəşəri dəyərlərin təbliğatçısı kimi vətəndaş cəmiyyəti inistitularının nümayəndələri olaraq bizlərdə böyük narahatlıq və təəssüf hissi doğurur. Biz, Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri, Roma katolik kilsəsi başçısını Azərbaycanın Dağlıq Qarabağ və ondan kənarda yerləşən yaşayış məntəqələrində, o cümlədən Xocalıda törətdiyi soyqırıma görə Ermənistanın dövlət siyasətini pisləməyə və onun işğal etdiyi torpaqlarımızı dərhal tərk etməsi üçün rəsmi İrəvana təzyiq göstərməyə çağırırıq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti