Tağı Əhmədova vəzifə verildi

Tağı Əhmədova vəzifə verildi
  05 Dekabr 2014    Oxunub:2338
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov yeni vəzifəyə gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə AzNews.az-a Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova məlumat verib. O, yayılan xəbərləri təsdiq edərək bildirib ki, T.Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatında aparat rəhbəri təyin olunub:

“Bəli məlumat düzdür. O, artıq işə başlayıb”-deyə Salatın Əhmədova bildirib.

Qeyd edək ki, Metropolitenin sabiq rəisi bu təyinata qədər YAP-ın Yasamal təşkilatında sədr müavini vəzifəsini daşıyırdı.


Teqlər:



Xəbər lenti