Bahar Muradova ATƏT-ə etiraz etdi

Bahar Muradova ATƏT-ə etiraz etdi
  05 Dekabr 2014    Oxunub:1754
“ATƏT-in Minsk qrupu həmsədrləri yenə də əvvəlki bəyanatlarını təkararlamaqla kifayətlənməli oldular. Bu da təcavüzə məruz qalmış, ərazisi işğal altında olan bir ölkənin vətəndaşlarını çox ciddi narahat edir. Onların bu şəkildəki açıqlamaları münaqişənin həllinə yox, mövcud vəziyyətin qorunub saxlanmasına yönəldiyi barədə olan fikirlərimizi daha da möhkəmləndirir”.

Bunu Azvision.az-a açıqlamasında Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin bəyanatına münasibət bildirən B. Muradova qeyd edib ki, işğalın qəbul edilməz olduğu vurğulanan zaman onun ardan qaldırılması istiqamətində səylər də göstərilməlidir:

“Hərçəndki Minsk qrupu həmsədrləri hazırkı vəziyyətin, yəni status-kvonun qəbul edilməzliyini vurğulayırlar. Nəzərə alsaq ki, hazırkı status-kvo Ermənistanın işğalçı hərəkətlərinin nəticəsi kimi mövcuddur. Deməli, işğalın qəbul edilməz olduğu vurğulanır. İşğalın qəbul edilməz olduğu vurğulanırsa deməli onu aradan qaldırılması istiqamətində səylər göstərilməlidir. Bu səylərin olmadığı bir vəziyyətdə yalnız ayrı-ayrı insidentlərə görə təəssüf hissini bildirmək, hesab edirəm ki, Minsk qrupu həmsədrlərinin görə biləcəyi ən kiçik bir işdir. Bu da mövcud status-kvonu dəyişməyə gücünün qadir olmadığnı dəfələrlə sübut edib. Dünyanın indiki vəziyyətində bu kimi problemlərin başqa ölkələrin ərazisində də yaradılmasını müşahidə etdiyimiz bir vaxtda belə hallara bu cür münasibət, onların özünün bizə etdiyi çağırışdakı kimi təmkinli bir münasibətin göstəricəsi kimi qəbul edilə bilər. Bir tərəfdən də belə bir təmkinli münasibətin başqa münaqişə bölgələrində olmadığını görmədiyimiz halda yalnız bu təmkinli münasibətin bizə qarşı seçilməsi fikrini daha da möhkəmləndirir. Bizdə belə bir fikir formalaşdırır ki, misal üçün Ukrayna ərazisindəki separtaçılığa bir başqa münasibət, Azərbaycan ərazisndəki hamıya bəlli olan işğal faktoruna qarşı başqa bir münasibət var.

Daha sonra B. Muradova qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri təcavüzkar dövlətə öz yerini göstərməlidirlər:

“Mən hesab edirəm ki, Minsk Qrupunun həmsədrləri Ermənistanın maraqlarına xidmət edən status-kvonun qorunması prossesində iştirakçı olmağı qəbul etməyərək, bu prosesləri ələ alamağa, onu idarə etməyə, həqiqətən də təcavüzkara öz yerini göstərməyə qadir olan bir mövqe ortaya qoymalıdırlar. Onlardan tələb olunan, onlardan gözlənilən budur. Əks təqdirdə Minsk qrupuna üzv olan ölkələrin ayrı-ayrılıqda və birlikdə münasibəti dünyanı çalxalaya biləcək belə hərəkətlərin, prosseslərin daha da çoxalmasına və cəzasız qalaraq inkişaf tapmasına şərait yaradacaq. Hazırkı dövrdə onların üzərinə çox böyük məsuliyyət düşür. Biz onları bu məsuliyyəti dərk etməyə və separatçılığa, təcavüzə, insan ölümlərinə, etnik təmizləməyə qarşı təmkinsiz olmağa çağırırıq. Onlar bizi zorakılığa son qoymağa çağırdıqları kimi. Ən böyük zorakılıq erməni təcavüzüdür və onlar da ona qarşı təmkinli münasibət göstərirlər. Biz də onları zorakılıq arasında seçim etməyə, selektiv münasibət bəsləməyə, beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşmağa, eyni münaqişəni yaşayan müxtəlif ölkələrə selektiv yanaşmağa son qoymağa çağırırıq. Biz onları beynəlxalq hüququn prinsiplərindən doğan mövqe sərgiləməyə çağırırıq”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti