“Avtovağzal”ın açılışı gələn ilə qaldı

“Avtovağzal”ın açılışı gələn ilə qaldı
  05 Dekabr 2014    Oxunub:2500
2015-ci ildə metroda bir çox dəyişiklər və yeniliklər olacaq.
Bu barədə AzVision.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda istifadəyə verilməsi planlaşdırılan stansiyalarda təmir işləri yekunlaşmaq üzrədir:

““Bənövşəyi xətt”in ilk iki stansiyası olan “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları, “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının 2015-ci ildə sərnişinlərin istifadəsinə veriləcək. Həmçinin “Bənövşəyi xətt”in tikilməkdə olan şərti adı B3 və B4 olan stansiyalarda işlər davam etdiriləcək, xəttdə istifadə olunmaq üçün 15 vaqon alınacaq. Artıq vaqonlar sifariş olunub. Eyni zamanda əsaslı təmirə ehtiyacı olan bir neçə eskalatorun təmir edilməsi, yeni stansiyalar üçün müəyən edilmiş yerlərdə tikintiyə başlamaq, mövcud xətlərdə havalandırma sistemlərində əsaslı təmir işlərinin aparılması, yeni avadanlıqların quraşdırılması və daha yeni vaqonların alınması nəzərdə tutulur”.

Sevinc Kərimova
AzVision.az



Teqlər:  





Xəbər lenti