`Düşmən dəyirmanına su tökürlər` - PA rəsmisi
O, bildirib ki, Azərbaycanın bəzi saytları erməni xəbər mənbələrinin yaydıqları məlumatları olduğu kimi verməklə əslində ölkənin informasiya təhlükəsizliyinə ciddi ziyan vururlar.
"Saytlardan biri guya sorğu keçirib və “məlum olub” ki, əhali erməni vertolyotunun vurulmasına pis baxır. Bu, qətiyyən həqiqətə uyğun deyil və bunu edənlər düşmən dəyirmanına su tökürlər",- deyə V. Əliyev bildirib.
Azərbaycan mediasının təkcə ölkədə deyil, regionda da ciddi təsirə malik olduğunu deyən sektor müdiri onu da əlavə edib ki, son aylarda dövlət sirrinin və milli maraqların qorunması baxımından ciddi irəliləyiş var, lakin bəzi mənfi hallar yenə də qalmaqdadır.
V. Əliyev medianı daha peşəkar olmağa, gündəmi təkcə izləməyə yox, həm də gündəm yaratmağa çağırıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


