“İnşaatçılar” təmir olunacaq - AÇIQLAMA

“İnşaatçılar” təmir olunacaq - AÇIQLAMA
  05 Dekabr 2014    Oxunub:1806
“Bakı Metropoliteni” QSC “İnşaatçılar” stansiyasında təmir işləri aparacaq.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, həmin stansiyada yenidənqurma işləri həyata keçiriləcək:

“Hazırda “Nərimanov” və “Gənclik” stansiyalarında təmir işləri aparılır. Bu stansiyalarda təmir başa çatdıqdan sonra “İnşaatçılar” stansiyasında təmir işləri başlayacaq”,-deyə N.Paşayev əlavə edib.

Sevinc Kərimova
AzVision.az



Teqlər:



Xəbər lenti