Məmmədyarov Çavuşoğlu ilə görüşəcək

Məmmədyarov Çavuşoğlu ilə görüşəcək
  05 Dekabr 2014    Oxunub:1346
Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin dekabrın 10-da üçtərəfli görüşü keçiriləcək.
AzVision.az Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili arasında sayca 4-cü olan görüş Türkiyənin Qars vilayətində baş tutacaq.

Görüşlər zamanı hər üç ölkəni maraqlandıran regional məsələlər müzakirə olunacaq. Həmçinin nazirlərin iki tərəfli görüşləri də baş tutacaq.

Görüşün məqsədi bölgədəki sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə töhvə verməkdir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti