Girov ailələri prezidentə təşəkkür etdi

Girov ailələri prezidentə təşəkkür etdi
  05 Dekabr 2014    Oxunub:1740
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyev və qətlə yetirilən Həsən Həsənovun ailəsinə mənzil verib.
Bununla əlaqədar Kəlbəcər girovların ailələri ilə əlaqə saxladıq. Şahbaz Quliyevin qardaşları İlham və Manaf Quliyev bu barədə xəbərlərinin olmadığını deyiblər:

“Bu barədə məlumatımız yoxdur. Amma çox yaxşı xəbərdir. Prezidentimizdən Allah razı olsun”.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da bildirib ki, bu barədə onlara da heç bir məlumat verilməyib: “Biz heç nə bilmirik. Amma verilibsə Allah canlarını sağ eləsin. Prezidentə təşəkkür edirik”.

Qeyd edək ki, ölkə başçısı bu barədə baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənova tapşırıq verib. Əli Həsənov sözügedən məlumatı Mingəçevirdə jurnalistlərə açıqlamasında deyib.

Komitədən də faktı təsdiqləyiblər.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti