Şeyx dini vəziyyəti müzakirə etdi
O qeyd edib ki, dini tolerantlıq məsələsi Azərbaycanda insanların gündəlik həyat tərzidir və müxtəlif dinlərin liderlərinin şəxsi səmimi münasibətləri və sıx əməkdaşlığı bunun bariz göstəricisidir.
Allahşükür Paşazadə 1992-ci ildən bəri Qafqaz Xalqları Ali Dini Şurasının sədri olduğunu və bu qurumun çətiri altında müsəlmanlarla yanaşı, xristian və yəhudi icmalarının da birləşdiyini vurğulayıb.
Müvəqqəti İşlər vəkili isə qeyd edib ki, Azərbaycanda çalışdığı dövrdə müxtəlif regionlara səfərlər edib və müxtəlif dinləri təmsil edən vətəndaşlarla görüşlər keçirib. Diplomat həmin görüşlərdə A. Paşazadənin tolerantlığın möhkəmlənməsində böyük rol oynadığının dilə gətirildiyini bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


